5 dekabr 2025. Cümə

Rakiticdən Barcelona'dakı gələcəyi ilə bağlı açıqlama


Rakiticdən Barcelona'dakı gələcəyi ilə bağlı açıqlama

Mövsümün sonunda Barcelona'dan ayrılacağı deyilən İvan Rakitic açıqlama verib.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, Kataloniya təmsilçisindən ayrılmaq istəmədiyini deyib: “İspaniyada yaşamağı sevirəm. Ailəm də Barcelonada olmaqdan məmnundur, çünki Sevilladan uzaqda deyilik. Burda qalmaq mənim üçün mükəmməl olar”.

Qeyd edək ki, xorvatiyalı futbolçu, bu mövsüm iştirak etdiyi 38 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.







İspaniya L.L.