8 avqust 2026. Şənbə

Real'ın daha bir futbolçusu koronavirusa yoluxdu


Real'ın daha bir futbolçusu koronavirusa yoluxdu

İspaniyanın “Real” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Corner.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Alvaro Odriosolanın da COVİD-19 testinin nəticəsi pozitiv çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.25 yaşlı futbolçu dərhal olaraq karantinə alınıb.

Qeyd edək ki, “Real”da bir neçə gün öncə koronavirusa yoluxan Kərim Benzema sağalaraq komanda ilə məşqlərə başlayıb. Komandanın yeni transferlərindən olan David Alaba isə hələ də karantindədir.







İspaniya L.L.