5 oktyabr 2026. Bazar ertəsi

Pike'dən Messi'yə: İndi ayrılıq, ancaq ...


Pike'dən Messi'yə: İndi ayrılıq, ancaq ...

"Barselona”nın futbolçusu Jerar Pike Lionel Messinin klubu tərk etməsi ilə bağlı fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 34 yaşlı müdafiəçi, öz şəxsi “İnstagram” hesabında argentinalı hücumçuyla bağlı vida mesajı paylaşıb. İspaniyalı futbolçu paylaşımında bunları qeyd edib:

“Heç nə eyni olmayacaq. Nə “Kamp Nou”, nə “Barselona, nə də biz. Bir-birimizi 2000-ci ildən tanıyırıq. Necə möhtəşəm bir karyeradır. Təsəvvür etmək mümkünsüzdür. Rosariodan Roma zəfərinə qədər. Necə gözəl şeylər yaşadıq… İndi ayrılırıq, ancaq bir gün “Barselona”ya qayıdacağına ümid edirəm”.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”