5 oktyabr 2026. Bazar ertəsi

Real'ın yeni transferi irqçiliyə məruz qaldı


Real'ın yeni transferi irqçiliyə məruz qaldı

İspaniyanın dövlət radiosu olan RTVE-nin müxbiri Lorena Qonsales “Real”ın yeni transferi Eduardo Kamavinqaya qarşı irqçilik edib.

Corner.az xəbər verir ki, jurnalist, 18 yaşlı yarımmüdafiəçinin təqdimatı zamanı mikrofonun sönülü olduğunu düşünərək həmkarlarına “bu adam klubun forma dəstindən daha qaradır” deyib. Bu irqçi şərh isə efirdə dinləyicilər tərəfindən eşidilib.

Bundan sonra RTVE Kamavinqadan üzr istəyib və yaşanan hadisəyə görə sərt tədbirlər görəcəyini bildirib.

“Real” “Renn”dən Kamavinqanı 31 milyon avroya transfer edib. “Kral klubu” fransalı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”