3 may 2026. Bazar günü

Barselona'nın futbolçusu əməliyyat olunacaq


Barselona'nın futbolçusu əməliyyat olunacaq

 "Barselona" klubunun futbolçusu Martin Breytueyt əməliyyat olunacaq.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu sol dizində aşkarlanan zədə səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyacaq.

Danimarkalı futbolçunun bərpa müddəti əməliyyatdan sonra açıqlanacaq.

Qeyd edək ki, Martin Breytueyt cari mövsüm La Liqada 3 oyunda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə edib.







İspaniya L.L.