9 may 2026. Şənbə

Benzema XXI əsrin rekorduna imza atdı


Benzema XXI əsrin rekorduna imza atdı

 "Real"ın futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

Corner.az "OptaJose" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna La Liqanın VI turunda "Malyorka"ya 6:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Fransa millisinin üzvü qarşılaşmada 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. 

Beləliklə, o, 6 turdan sonra 8 qol və 7 məhsuldar ilə yadda qalıb. Bu da Avropanın "top-5" liqalarında XXI əsrdə bir futbolçu üçün rekord göstərici hesab edilir. Benzema bu görüşdə La Liqada 200-cü qolunu da qeyd edib.

Qeyd edək ki, "Real Madrid" 16 xalla turnir cədvəlinə başçılıq edir.







İspaniya L.L.

“Bu, “Real”a yaraşmır”
  • İspaniya L.L.
  • 21:28 08.05.2026
“Bu, “Real”a yaraşmır”