19 avqust 2026. Çərşənbə

Suares İbrahimoviç və Ronaldonun uğurunu təkrarladı


Suares İbrahimoviç və Ronaldonun uğurunu təkrarladı

İspaniyanın "Atletiko Madrid" klubunun futbolçusu Luis Suares yeni uğura imza atıb.

Corner.az-ın məlumatına görə, 34 yaşlı hücumçu buna La Liqanın 6-cı turunda "Xetafe"yə qarşı səfər oyununda dubl edərək nail olub.

Uruqvaylı futbolçu 78 və 90+1-ci dəqiqələrdə fərqlənərək komandasına 2:1 hesablı qələbə qazandırıb. Suares karyerası ərzində matçın hər dəqiqəsində qol vuran oyunçular siyahısına düşüb. Onun aktivində 1-dən 90+7-ci dəqiqəyədək qollar var.

Qeyd edək ki, daha əvvəl Kriştiano Ronaldo və Zlatan İbrahimoviç eyni uğura sahib çıxıb. Luis Suares indiyədək karyerasında 661 oyuna çıxıb və 427 qol vurub.







İspaniya L.L.