18 dekabr 2025. Cümə axşamı

Kumanın məni istəmədəyini deməsi üçün cəmi 40 saniyə lazım oldu


Kumanın məni istəmədəyini deməsi üçün cəmi 40 saniyə lazım oldu

“Atletiko”nun hücumçusu Luis Suares açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı hücumçu, “Barselona”nın baş məşqçisi Ronald Kuman haqqında sərt ifadələr söyləyib:

“Kumanın məni istəmədəyini deməsi üçün cəmi 40 saniyə lazım oldu. Mənə əvvəlcə planlarında yer almadığımı dedi, daha sonra müqavilə şərtlərində güzəşt etməsəm, “Vilyarreal”la oyunda çıxış etməyəcəyimi bildirdi Özünün və ya klubun məni istəmədiyini deyə biləcək bir xarakterə sahib deyildi.

Lionel Messi “Barselona”dan özü ayrıldı, amma məni isə göndərdilər. İkimiz də orada çətin anlar yaşadıq. “Barselona”ya çox şey verdiyimi düşünürəm. Artıq o günlər geridə qaldı”.

Suares 2020-ci ilin sentyabrında “Barselona”dan “Atletiko”ya keçib.







İspaniya L.L.

Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
  • İspaniya L.L.
  • 12:26 18.12.2025
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır