4 oktyabr 2026. Bazar günü

Laporta'dan Kuman və Messi ilə bağlı açıqlama


Laporta'dan Kuman və Messi ilə bağlı açıqlama

"Barselona” klubunun prezidenti Xuan Laporta komandanın baş məşqçisi Ronald Kuman və PSJ-yə keçən Lionel Messi haqda danışıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı funksioner, Kumanın işindən razı olduqlarını və Messi'nin komandada pulsuz oynamağa razılıq verəcəyini düşündüyünü deyib:

“Kuman işinə davam edir. Ona bir inam mesajı vermək istəyirəm. Xavi? Onunla tez-tez əlaqə saxlayırıq. Çünki yaxın dostuq”.

Laporta Messinin komandada qalacağına inandığını da deyib:

“Messinin “Barselona”da pulsuz oynamağa razı olacağını düşünürdüm. Amma o, ayrılmağı seçdi. Buna baxmayaraq, ona əsəbiləşmirəm, əksinə onun fikrinə hörmətlə yanaşıram və onu sevirəm”.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”