18 dekabr 2025. Cümə axşamı

Barselona ilə oyun öncəsi Real'da ciddi itki


Barselona ilə oyun öncəsi Real'da ciddi itki
İspaniyanın “Real” klubu ciddi itkiylə üzləşib. Corner.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Eder Militao sıradan çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, Braziliya milli komandasının düşərgəsində zədələnən 23 yaşlı futbolçunun “Real”ın qarşıdakı bir neçə oyununda çıxış etməyəcəyi vurğulanıb.
 
İspaniyanın “Onde Cero” nəşri Militaonun Çempionlar Liqasının “Şaxtyor”la (Ukrayna) oyununda olmayacağını bildirib. Bundan başqa, müdafiəçi La Liqanın 10-cu turunun “Barselona”yla oyununu da buraxa bilər.
 
“Real” “Şaxtyor”la oktyabrın 19-da, “Barselona”yla isə 24-də oynayacaq.
 
Militao bu mövsüm “Real”la 10 matça çıxıb.






İspaniya L.L.

Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
  • İspaniya L.L.
  • 12:26 18.12.2025
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır