18 dekabr 2025. Cümə axşamı

Nələr çəkdiyimi heç kim bilmir - Koutinyo


Nələr çəkdiyimi heç kim bilmir - Koutinyo

 “Barselona”nın futbolçusu Filippe Koutinyo açıqlama verib.

Corner.az xəbər verir ki, yerli mətbuata danışan 29 yaşlı yarımmüdafiəçi, keçmiş formasını bərpa etməyə çalışdığını deyib:

“Nələr çəkdiyimi heç kim bilmir. Bu qədər vaxtdan sonra qol vurmaq mənim üçün vacib idi. “Valensiya” üzərində qələbə komanda üçün də vacib idi. Çünki işlər yolunda getmirdi və bizə qələbə lazım idi.

“Barselona”nın daha da yaxşı olacağından əminəm. Gücümüzün yarısını istifadə etdiyimiz oyunlar olub. İşlər hələ də tam qaydasında deyil. Hər şey daha da yaxşı olacaq”.

Koutinyo “Barselona”nın “Valensiya”nı 3:1 hesabıyla məğlub etdiyi oyunda sonuncu qolu vurub. Braziliyalı futbolçu sonuncu dəfə 2020-ci ilin noyabrında qol vurmağı bacarmışdı.







İspaniya L.L.

Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
  • İspaniya L.L.
  • 12:26 18.12.2025
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır