18 dekabr 2025. Cümə axşamı

Aquero Barcelona'dakı debütünü şərh etdi


Aquero Barcelona'dakı debütünü şərh etdi

"Barselona”nın futbolçusu Serxio Aquero Çempionlar Liqasında Kiyev “Dinamo”suna qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Corner.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu, matçla bağlı bunları deyib:

“Barselona”dakı debütüm möhtəşəm alındı. İndi Çempionlar Liqasında şans qazanmaq istəyirəm. “Dinamo”ya mütləq qalib gəlməliyik. Əgər bunu bacara bilməsək, turnirdə işlərimiz pisə doğru gedəcək.

“Barselona”da çox şey dəyişib. Məni belə isti qarşılayacaqlarını gözləmirdim. İndi öz oyunumla, qollarımla azarkeşləri sevindirməliyəm. Heç vaxt qarşıma “ən çox qolu mən vuracam” deyə, hədəf qoymamışam. Adətən ikinci hücumçu kimi oynamağa öyrəşmişəm. Məqsədim komandama kömək etmək və mövsümü ən yaxşı yerdə bitirməkdir. Statistikaya diqqət etməyə ehtiyac yoxdur”.







İspaniya L.L.

Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
  • İspaniya L.L.
  • 12:26 18.12.2025
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır