9 may 2026. Şənbə

O, futbol tarixinin ən yaxşı müdafiəçilərindən biridir


O, futbol tarixinin ən yaxşı müdafiəçilərindən biridir

"Barselona”nın sabiq futbolçusu Karles Puyol keçmiş komanda yoldaşı  Jerar Pike haqda açıqlama verib.

Corner.az xəbər verir ki, AS nəşrinə danışan 43 yaşlı keçmiş müdafiəçi, Jerar Pikenin futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri olduğunu deyib:

“Barselona”da olan zaman Pikeyə çox tez uyğunlaşdım. Onunla oynamaq çox asan idi. O, komandanı yaxşı bilən yüksək səviyyəli oyunçudur. Çünki Pike “La Masia” məzunudur. Mənim üçün o, futbol tarixinin ən yaxşı müdafiəçilərindən biridir”.







İspaniya L.L.

“Bu, “Real”a yaraşmır”
  • İspaniya L.L.
  • 21:28 08.05.2026
“Bu, “Real”a yaraşmır”