24 oktyabr 2024. Cümə axşamı

Həyatda uduzmaqdan daha pis şeylər var


Həyatda uduzmaqdan daha pis şeylər var

"Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 10-cu turunda “Barselona”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 62 yaşlı mütəxəssis, matçla bağlı bunları söyləyib:

“Komandada narahatlığın olması normaldır. Bəzən bu, qorxuya da çevrilə bilir. Qorxmursuzsa, bir aslanın pişik olduğunu düşünməyə başlayırsız. Qorxu əslində yaxşı hissdir.

Əsas olan inamdır. Məncə, texniki və fiziki keyfiyyətlərə sahib olan yaxşı komandam var.

Bəzən oyundan əvvəl, bəzən oyun zamanı, bəzən də oyundan sonra qorxmağa başlayırsan. Dediyim kimi, qorxu yaxşıdır, pis deyil. Mən heç vaxt oyundan əvvəl qorxu hissi yaşamamışam. Həyatda uduzmaqdan daha pis şeylər var.

“Kamp Nou”da qələbə qazanmağın vaxtı olduğunu düşünürəm. Qələbə – üç xaldır. Çempion olmaq istəyiriksə, “Barselona”nı məğlub etməyimiz kifayət deyil. Bütün komandaları üstələməliyik”.

Bu gün keçiriləcək “Barselona” – “Real” matçı saat 18:15-də başlayacaq.







İspaniya L.L.

Ayın futbolçusu adına namizədlər
  • İspaniya L.L.
  • 22:07 23.10.2024
Ayın futbolçusu adına namizədlər
Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi