9 may 2026. Şənbə

Barselona Ronald Kumanı istefaya göndərdi


Barselona Ronald Kumanı istefaya göndərdi

“Barselona”nın baş məşqçisi Ronald Kuman Kataloniya təmsilçisindən ayrılıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Niderlandlı mütəxəssis İspaniya çempionatının 11-ci turu çərçivəsində baş tutan “Rayo Valekano” ilə oyundan sonra istefaya göndərilib. Bu oyunda 0:1 hesabıyla məğlub olan Kataloniya klubunun rəhbərliyi maçtdan dərhal sonra Kumanı postundan kənarlaşdırmaq barəsində qərar verib.

“Barselona” La Liqanın cari mövsümündə keçirdiyi 10 matçdan sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Ronald Kuman ötən ilin avqustundan “Barselona”ya rəhbərlik edirdi.







İspaniya L.L.

“Bu, “Real”a yaraşmır”
  • İspaniya L.L.
  • 21:28 08.05.2026
“Bu, “Real”a yaraşmır”