- İspaniya L.L.
- 16:21 24.11.2024
"Barselona"nın sükanı Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandesə həvalə olunacaq.
Corner.az "RAC1" radiosuna istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin təyinatı milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra baş tutacaq.
Onun Kataloniya təmsilçisində baş məşqçi kimi debütü "Espanyol"a qarşı La Liqanın 14-cü tur oyununda gerçəkləşəcək.
Xavi bu vaxtadək Qətər təmsilçisindəki vəzifəsindən azad olunaraq yeni klubunda maaşını razılaşdırmalıdır.
Qeyd edək ki, sabiq baş məşqçi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları 11-ci tur oyunundan sonra istefa verib.