24 oktyabr 2024. Cümə axşamı

Suares: Onlar icazə verməz ki, tək gəzəsən


Suares: Onlar icazə verməz ki, tək gəzəsən

“Atletiko”nun uruqvaylı futbolçusu Luis Suares Çempionlar Liqasında “Liverpul”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu, sabiq komandası haqda bunları söyləyib:

“Liverpul”a ilk gələndə çox möhtəşəm atmosferlə qarşılaşmışdım. Premyer Liqa oyunlarını izləmək, xəyallarını reallaşdırmaq inanılmaz  əla idi.

“Liverpul”un himni əslində hər şeyi ifadə edir. Pis nəticələr alına bilər, hətta bu, üst-üstə yaşana bilər. Amma azarkeşlər hər zaman sənin arxanda olduğunu hiss edirsən. Onlar icazə verməz ki, tək gəzəsən. Səni heç vaxt fitə basmazlar. Hər zaman sənə inanarlar. Çünki sənin “Liverpul” üçün oynadığını bilirlər.

“Liverpul”la matçda xırda detallar nəticəni müəyyənləşdirə bilər. Çempionlar Liqasında xırda səhv etdin, bunun cəzasını çəkirsən. Bu səbəbdən də diqqətli olmalıyıq”.

Sabah keçiriləcək “Liverpul” – “Atletiko” matçı saat 00:00-da başlayacaq.







İspaniya L.L.

Ayın futbolçusu adına namizədlər
  • İspaniya L.L.
  • 22:07 23.10.2024
Ayın futbolçusu adına namizədlər
Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi