- İspaniya L.L.
- 19:24 20.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Atletico Madrid”in futbolçusu Alvaro Morata, komanda yoldaşı Antoine Griezmann haqqında açıqlama verib.
Corner.az xəbər verir ki, İspaniya mətbuatına danışan hücumçu, Griezmannın komandadan ayrılmayacağını bildirib: “Çempionlar Liqasıyla vidalaşdıqdan sonra komanda olaraq pis vəziyyətdə idik. Ancaq onun bizdən razı olduğunu gördüm. Bura onun evidir və o, xoşbəxtdir.Griezmannın evində qalacağına inanıram. O, bizim ən yaxşı futbolçumuzdur. Bütün futbolçularımız, klub rəhbərliyi və azarkeşlər də onun qalmasını istəyir. “Juventus”a məğlub olduğumuz üçün baş məşqçimiz Diego Simeonenin tənqid edilməsini düzgün hesab etmirəm.O, klubun tarixinə keçmiş bir adamdır və hələ də qələbəyə acdır”.