9 may 2026. Şənbə

Xavinin Barselona'ya baş məşqçi təyin olunacağı vaxt bilindi


Xavinin Barselona'ya baş məşqçi təyin olunacağı vaxt bilindi

Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi Ernandesin “Barselona”nın “sükanı arxasına” keçəcəyi vaxt bəlli olub.

Corner.az “Sky Sport”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssisin təyinatını noyabrın 8-də açıqlayacaq.

İddiaya görə, Xavi ilə 2024-cü ilin yayınadək müqavilə imzalanacaq.

Daha öncə İspaniya mətbuatı “Barselona” rəhbərliyinin Xavi və “Əl Sədd” rəhbərliyi ilə danışıqlar aparmaq üçün Qətərə yola düşdüyünü yazıb. “Əl Sədd” rəhbərliyinin Xavini buraxmaq üçün “Barselona”dan 1 milyon avro təzminat tələb etdiyi bildirilir.







İspaniya L.L.

“Bu, “Real”a yaraşmır”
  • İspaniya L.L.
  • 21:28 08.05.2026
“Bu, “Real”a yaraşmır”