15 may 2026. Cümə

Evə dönməyi çox istəyirəm - Xavi


Evə dönməyi çox istəyirəm - Xavi

“Barselona” klubu ilə adı hallanan ispan mütəxəssis Xavi açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis, “Barselona”ya qayıtmaq istədiyini bildirib:

““Barselona” ilə danışıqlarım bitdi indi iki klub arasında danışıqlar davam edir, nəticəni sonda görəcəyik. Ama nə olacağını bilmirəm. Düşünürəm ki, hər şey müsbət olacaq. Ümid edirəm ki, razılıq əldə olunar. Həqiqətən evə dönməyi çox istəyirəm. Arzu edirəm ki, bu olacaq”.

"Əl Sədd" rəhbərliyi Əbdülkərim Həsən Xavinin komandan ayrıldığını təsdiqləyib.

"Xavinin komandadan ayrılmasına görə hər kəs məyusdu.Ancaq sevinirik ki, Xavi "Barselona" kimi böyük bir klubu çalışdıracaq"

Xavinin “Barselona”ya baş məşqçi təyin olunacağı gözlənilir.







İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı