23 mart 2026. Bazar ertəsi

Barselona'nın yeni baş məşqçisi bilindi


Barselona'nın yeni baş məşqçisi bilindi

Qətərin "Əl Sədd" klubu baş məşqçi Xavi Ernandesin "Barselona"nın sükanı arxasına keçməsinə razılıq verib.

Corner.az-ın məlumatına görə, bu barədə "Əl Sədd"in baş direktoru Turki Al-Ali klubun rəsmi saytına açıqlamasında deyib.

O, Kataloniya təmsilçisi müqavilədə nəzərdə tutulan təzminat məbləğini ödədikdən sonra 41 yaşlı mütəxəssisin gedişinə icazə verildiyini bildirib: "Biz "Barselona" ilə gələcəkdə əməkdaşlıq barədə razılığa gəldik. Xavi "Əl-Sədd" tarixinin mühüm hissəsidir, ona gələcək karyerasında uğurlar arzulayırıq".

Qeyd edək ki, "Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Kataloniyalıların yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib.

2015 - 2019-cu illərdə Qətərin "Əl-Sədd" klubunda oynayan keçmiş yarımmüdafiəçi, 2019-cu ildə baş məşqçi təyin olunub.







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi