4 oktyabr 2026. Bazar günü

Falkaonun qol seriyasına zədə son qoydu


Falkaonun qol seriyasına zədə son qoydu

İspaniyanın “Rayo Valyekano” komandasının hücumçusu Radamel Falkao sıradan çıxıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kolumbiyalı futbolçu La Liqanın 13-cü turunda “Real”a 1:2 hesabıyla uduzduqları səfər oyununda zədələnib. O, zədələndiyi üçün bu oyunda sonadək mübarizə apara bilməmişdi. Tibbi müayinələrdən sonra Falkaonun azı 3-4 həftə komandasına kömək edə bilməyəcəyi müəyyənləşib.

Xatırladaq ki, bu yay “Qalatasaray”dan ayrılaraq “Rayo Valyekano”ya keçən Falkao bu komandada meydana çıxdığı 7 oyunda 5 qola imza atıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”