18 dekabr 2025. Cümə axşamı

Xavi Barselona'nın 2 əməkdaşını istəmədi


Xavi Barselona'nın 2 əməkdaşını istəmədi

İspaniyanın "Barselona" klubunun yeni baş məşqçisi Xavi komandanın strukturunda dəyişikliklər etməyə başlayıb.

Corner.az-ın AS nəşrinə istinadən məlumatına görə, 41 yaşlı mütəxəssis iki əməkdaşın xidmətindən imtina edib. Bu səbəblə klub fizioterapevt Xuanxo Brau və fiziki hazırlıq üzrə məşqçi Alberto Roke ilə yollarını ayırıb.

Braunu "Əl Sədd"də Xavi ilə birgə çalışmış Karles Nogeyra, Rokeni isə İvan Torres əvəzləyib.

Daha əvvəl "Barselona"nın direktoru Mateu Alemani ilə yeni baş məşqçinin tibbi heyətdən narazı olduqları bildirilib.

Hazırda klubun lazaretində 11 oyunçu var. Onlardan 7-si - Pedri, Usman Dembele, Serci Roberto, Niko Qonsales, Jerar Pike, Erik Qarsiya və Ansu Fati əzələ problemləri yaşayır. Digər tərəfdən, Neto qripə yoluxub, Serxio Aqüeronun ürəyində problemləri var, Martin Breytueyt dizindən əməliyyat olunub və hazırda bərpa kursu keçir, Serjinjo Dest isə kürəyindən ağrılar hiss edir.







İspaniya L.L.

Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
  • İspaniya L.L.
  • 12:26 18.12.2025
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır