19 avqust 2026. Çərşənbə

İspaniya klubu azərbaycanlı futbolçunu baxışa çağırdı


İspaniya klubu azərbaycanlı futbolçunu baxışa çağırdı

İspaniyanın "Luqo" klubu Azərbaycan millisində oynamış Eddi İsrafilovu baxışa çağırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi artıq kollektivlə məşqlərinə qoşulub.

Onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar bir neçə gündən sonra veriləcək.

Qeyd edək ki, Eddi İsrafilov iyunda "Albasete"dən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.







İspaniya L.L.