19 avqust 2026. Çərşənbə

Dünyanın ən yaxşı klubundayam - Alveş


Dünyanın ən yaxşı klubundayam - Alveş

“Barselona”nın yeni transferi Dani Alveş açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı braziliyalı müdafiəçi Kataloniya təmsilçisinə yenidən qayıtdığı üçün hələ şokda olduğunu deyib:

“Hələ şokdayam. Uzun zaman idi ki, “Barselona”ya qayıtmaq istəyirdim. Mənim üçün burada xüsusi anlar var. Komandanı pis vəziyyətdən qurtarmağa çalışacağıq.

Geyinəndə özümü superqəhrəman kimi hiss etdiyim iki forma var: biri Braziliyanın, biri də “Barselona”nın. Qazanmağa davam etmək üçün bura gəldim. Dünyanın ən yaxşı klubundayam”.







İspaniya L.L.