15 may 2026. Cümə

Usman Dembele yenə məşqə gecikib


Usman Dembele yenə məşqə gecikib

İspaniyanın "Barselona" klubunun futbolçusu Usman Dembele növbəti dəfə intizamsızlığı ilə diqqət mərkəzinə düşüb.

Corner.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu yenə komandanın səhər məşqinə gecikib.

Paltardəyişmə otağında görməyən məşqçilər heyəti fransalı futbolçuya zəng edib. Həmin vaxt Dembelenin evdə olduğu üzə çıxıb. O, bir neçə dəqiqədən sonra özünü məşq  prosesinə çatdıra bilib.

Qeyd edək ki, bu, Usman Dembelenin Xavi Ernandesin "Barselona"ya baş məşqçi təyin olunmasından sonra 2-ci intizamsızlığıdır. 







İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı