17 dekabr 2025. Çərşənbə

Barselona'nın futbolçusunun evi qarət olundu


Barselona'nın futbolçusunun evi qarət olundu

"Barselona"nın hücumçusu Ansu Fatinin valideynləri komandanın "Espanyol"la oyununu televizorda izləyərkən naməlum şəxslər evi qarət ediblər.

Corner.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Oğurluq zamanı 19 yaşlı futbolçu “Kamp Nou” stadionunda olub və tribunadan komanda yoldaşlarının oyununu izləyib. Evin ikinci mərtəbəsinə girən soyğunçular pul, saat və qızıl-zinət əşyalarını çıxarıblar.

İspan futbolçunun valideynləri ikinci mərtəbədən gələn səs-küy eşidib polisə zəng vurublar, lakin polislər gələnədək qarətçilər evdən ayrılıblar.

Qeyd edək ki, "Barselona" "Espanyol"la görüşdə 1:0 hesabı ilə qalib gəlib.







İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə