- İspaniya L.L.
- 16:21 24.11.2024
"Hazırda Emreli və Pexart meydana start heyətində çıxmaq üçün bir-biri ilə yarışır. Məşqdə özünü yaxşı tərəfdən göstərən futbolçu daim oynayacaq".
Corner.az-ın məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Marek Qolebiyevski komandanın hücum xəttindəki rəqabət barədə yerli mətbuata açıqlamasında deyib.
41 yaşlı mütəxəssis Mahir Emreli ilə Tomaş Pexartı müqayisə edərkən azərbaycanlı futbolçunun fərqli keyfiyyətlərə malik olduğunu bildirib: "Mahir sürətli və güclü oyunçudur. Pexart isə cərimə meydançasında hava topları zamanı yaxşı oynayır. Çexiyalı hücumçu tipik 9 nömrədir. Ötən mövsüm 20 qol vurduğu üçün onunla tez-tez danışır, bunu unutmamalı olduğunu vurğulayıram. Təəssüf ki, hər zaman istədiyi topları ala bilmir. Bəzən isə zərbələrində dəqiqlik çatmır. Ümid edirəm ki, hər ikisi qarşıdakı matçlarda tilsimi qırmağı bacaracaq".
Qeyd edək ki, Mahir Emreli cari mövsüm "Legiya"nın heyətində 10 qol vurub.