4 oktyabr 2026. Bazar günü

Aquero üçün vida zamanı


Aquero üçün vida zamanı
"Barselona”nın futbolçusu Serxio Aquero karyerasını bitirəcək.

Corner.az xəbər verir ki, 33 yaşlı hücumçunu qərarını bu həftə rəsmən açıqlayacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb.
 
Argentinalı futbolçunun La Liqanın 12-ci turunun “Alaves”lə (1:1) matçında ürək darlığı səbəbindən meydanı tərk etmişdi. Aqueroya ürəyində ritm pozğunluğu diaqnozu qoyulub və onun azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”