15 may 2026. Cümə

Barselona'dan çətin qələbə, Atletiko uduzdu


Barselona'dan çətin qələbə, Atletiko uduzdu
İspaniya La Liqasında 18-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.
 
“Rayo Valyekano” doğma meydanda “Alaves”i məğlub yola salıbsa, “Real Sosyedad” “Vilyarreal”a məğlub olub.
 
“Barselona” bu tur doğma meydanda “Elçe”ni qəbul edib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbə qazanıb.
 
Turun mərkəzi görüşündə “Atletiko” səfərdə “Sevilya”nın qonağı olub. Bu görüşdə meydan sahibləri qələbəyə sevinən tərəf olub.
 
İspaniya La Liqası
18-ci tur
17 dekabr
 
Selta – Espanyol 3:1
Qol: Mina, 3. Aspas, 47. D.Suares, 82 – Moron, 90+2.
 
18 dekabr
 
Rayo Valyekano – Alaves 2:0
Qol: Qvardiola, 19. Katena, 26.
 
Real Sosyedad – Vilyarreal 1:3
Qol: İsak, 32 – Moreno, 38; 68. Çukvueze, 90+6.
 
Barselona – Elçe 3:2
Qol: Yutqla, 16. Qavi, 19. Niko, 85 – Morente, 62. Milya, 63.
 
Sevilya – Atletiko 2:1
Qol: Rakitiç, 7. Okampos, 89 – Felipe, 33.






İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı