30 iyun 2026. Çərşənbə axşamı

Benzema Ronaldonu geridə qoydu, Anriyə yaxınlaşdı


Benzema Ronaldonu geridə qoydu, Anriyə yaxınlaşdı
İspaniya La Liqasının 21-ci turu çərçivəsində baş tutan “Atletik”lə səfər oyunu “Real”ın hücumçusu Kərim Benzama üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, 34 yaşlı hücumçu bu oyunda dubl edərək 2021-ci ildə vurulan qol sayında İngiltərənin “Mançester Yunayted” klbunda çıxış edən Kriştiano Ronaldonu üstələyib.

Fransalı forvard 2021-ci ildə 47 dəfə fərqlənib. Hazırda Ronaldonun aktivində 46 qol var.

Bu göstəricidə Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski (69 qol) liderdir. İkinci və üçüncü pillələri hərəyə 49 qolla Fransa PSJ-sinin forvardı Kilian Mbappe və Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Haland bölüşür.

Benzema karyerası ərzində vurduğu qolların sayını da 401-ə çatdırıb. Bununla da o, ən məhsuldar fransız futbolçular arasında ikinci pilləyə yüksəlib. İndiyə qədər yalnız Tyerri Anri Benzemadan daha çox qol vurmağa nail olub – 411. Lakin Kərimin bu mövsümün gedişində Anrini geridə qoyub mütləq rekordçuya çevrilməsi də mümkündür.

Qeyd edək ki, Kərim Benzema cari mövsüm La Liqada 18 matçda meydanda olub, 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"