19 avqust 2026. Çərşənbə

Barselona'da növbəti yoluxma


Barselona'da növbəti yoluxma
İspaniyanın “Barselona” klubunda növbəti koronavirusa yoluxma halı aşkarlanıb. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin daha bir futbolçusu – Aleksandro Balde koronavirusa yoluxub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
“Barselona”da daha əvvəl müdafiəçilər Dani Alveş, Kleman Lanqle və Jordi Albada virus aşkarlanmışdı.






İspaniya L.L.