19 avqust 2026. Çərşənbə

Atletiko'da koronavirus şoku


Atletiko'da koronavirus şoku

İspaniyanın "Atletiko" (Madrid) klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Dieqo Simeone və 4 futbolçusu - Antuan Qrizmann, Koke, Ander Errera və Jaou Felişin COVID-19 testlərinin nəticələri müsbət çıxıb.

Sözügedən şəxslərin şəxsi evlərində karantinə alındıqları vurğulanıb. Onların xəstəliyi simptomsuz keçirdikləri bildirilib.







İspaniya L.L.