4 oktyabr 2026. Bazar günü

Barselona'da koronavirusa yoluxanların sayı 10-a yüksəldi


Barselona'da koronavirusa yoluxanların sayı 10-a yüksəldi
İspaniyanın “Barselona” klubunda daha üç futbolçusunda koronavirus aşkarlanıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Son olaraq COVİD-19 testinin nəticəsi müsbət çıxan oyunçular Serjinyo Dest, Filippe Koutinyo və Ez Abdedir. Onların ev şəraitində karantinə alındığı vurğulanıb.
 
Bununla da yanvarın 2-də La Liqa çərçivəsində “Malyorka”nın qonağı olacaq “Barselona”da koronavirusa yoluxanların sayı 10-a çatıb. Daha öncə Kleman Lanqle, Dani Alveş, Jordi Alba, Alexandro Balde, Osman Dembele, Samuel Umtiti və Qavinin COVİD-19 testinin pozitiv çıxdığı açıqlanmışdı.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”