- İspaniya L.L.
- 15:36 24.11.2024
"Barselona” klubunun prezidenti Xuan Laporta açıqlama verib.
Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin mətbuat xidmətinə danışan 59 yaşlı funksioner, 2022-ci ilin “Barselona” üçün tarixi il olacağını deyib:
“Yeni yola girmişik. Məşqçilər korpusunda ciddi dəyişikliklər edildi. Qavi və Niko Qonsales kimi gənc istedadlı oyunçularımız var. Yeni ildə çempionatda daha üst sıralara çıxmağı planlaşdırırıq. Hədəfimiz La Masiyadan olan gənc oyunçulara üstünlük verərək, onları üzə çıxarmaqdır.
2022-ci il “Barselona” üçün tarixi il olacaq. Bizim böyük layihəmiz var – “Espai Barca”. Burada “Kamp Nou” stadionunun yenidən qurulması, bütün klub infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulub. Klubun maliyyə vəziyyətini də düzəltmək üçün əlimizdən gələni edəcəyik. “Barselona” yenidən digər klublar üçün örnək olacaq”.