22 oktyabr 2024. Çərşənbə axşamı

Barcelona'da yeni müqavilə


Barcelona'da yeni müqavilə

"Barcelona" klubu futbolçusu Lionel Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Corner.az-ın məlumatına görə, bu barədə klub prezidenti Josep Bartomeu açıqlama verib. O, argentinalı hücumçu ilə sözləşməni 2017-ci ildə 4 il müddətinə uzatmalarına baxmayaraq, yenidən belə bir addım atmaq istədiklərini bildirib: "Biz Messi ilə müqaviləni yeniləmək istərdik. O, hələ gəncdir, hazırkı sözləşməsinin bitiminə daha 2 il var. Amma daim öz üzərində çalışır. İnanıram ki, qarşıda neçə illəri var. Yaxın aylarda danışıqlara başlayacağıq ki, bu illərini komandamızda keçirsin. Messi bir klubun adamıdır. Məsələ təkcə meydanda etdikləri ilə bağlı deyil. Onun klubumuzla əlaqəsi uzun müddət davam edəcək. İstərdik ki, Messi həmişə "Barcelona"da olsun".

Qeyd edək ki, Messi 2003-cü ildən  "Barcelona"nın şərəfini qoruyur.Əlavə edək ki, 31 yaşlı hücumçu bu mövsüm "Barcelona"da ümumilikdə 39 oyuna 42 qol vurub. 







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı