4 oktyabr 2026. Bazar günü

Pike Barselona'dakı məvacibini açıqladı


Pike Barselona'dakı məvacibini açıqladı

İspaniya millisinin futbolçusu Jerar Pike "Barselona" klubundakı maaşının məbləğini açıqlayıb.

Corner.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bankdan aldığı arayışı şəxsi tviter səhifəsində yazıb.

Pike 2021-ci ildə Kataloniya təmsilçisindən cəmi 2,3 milyon avro pul aldığını qeyd edib. Onun sözlərinə görə, bu məbləğ ümumi məvacibin 50 faizidir.

Pike bununla ötən il vergilərdən əlavə 28 milyon avro qazandığı barədə yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, Jerar Pike "Barselona"da pandemiya ilə bağlı yaranmış maliyyə çətinliyinə görə maaşının böyük hissəsindən imtina edib.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”