16 dekabr 2025. Çərşənbə axşamı

Barselona'dan xal itkisi, Real'dan darmadağın


Barselona'dan xal itkisi, Real'dan darmadağın
İspaniya La Liqasında 20-ci turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Turun açılış matçında “Levante” doğma meydanda “Malyorka”nı qəbul edib və inamlı qələbə qazanıb. “Real Sosyedad” “Selta” üzərində minimal hesablı qələbəyə sevinib. “Barselona” isə səfərdə “Qranada”nın qonağı olub. Kataloniya təmsilçisi qələbəni son dəqiqədə buraxdığı qolla əldən verib. 
 
Turun mərkəzi görüşü Madriddə baş tutub. “Real” doğma meydanda “Valensiya” ilə qarşılaşıb və darmadağınla qələbə qazanıb.
 
 
İspaniya La Liqası, 20-ci tur
 
8 yanvar
 
Levante – Malyorka 2:0
Qol: Soldado, 47. Morales, 90+7.
 
Real Sosyedad – Selta 1:0
Qol: Oyarzabal, 13.
 
Qranada – Barselona 1:1
Qol: Puertas, 89 – De Yonq, 57.
 
Real – Valensiya 4:1
Qol: Benzema, 43; 88. Vinisius, 52; 61 – Qedeş, 76.






İspaniya L.L.

 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə
“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”