30 iyun 2026. Çərşənbə axşamı

Benzema'dan yeni rekord


Benzema'dan yeni rekord
 İspaniya La Liqasının 20-ci turu çərçivəsində baş tutan “Valensiya” ilə oyun “Real”ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
 
Corner.az xəbər verir ki, fransalı futbolçu komandasının 4:1 hesabıyla qalib gəldiyi matça dubl imza edib.
 
Benzema, “Real”ın heyətində vurduğu qolların sayını 301-ə çatdırıb. 34 yaşlı futbolçu Madrid təmsilçisinin tarixində 300 qol həddini keçən 4-cü futbolçu ünvanına sahib olub. Bu komandanın tarixində ən çox qol vuran futbolçu Kriştiano Ronaldodur – 450 qol. Raul Qonzales 323 qolla ikinci, Alfredo Di Stefano 308 qolla üçüncüdür.
 
Benzema “Valensiya” ilə oyundakı qollardan birini penaltidən vurub. 43-cü dəqiqədə hesabı açan forvard “kral klubu”nun heyətində yerinə yetirdiyi 15-ci penaltinidən yararlanmağı bacarıb. Bununla da o, Madrid təmsilçisində bu sayda 11 metrlik cərimə zərbəsini boşa verməyən yeganə oyunçuya çevrilib






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"