22 oktyabr 2024. Çərşənbə axşamı

Çempionluğa yaxınlaşdıq, amma ... - Valverde


Çempionluğa yaxınlaşdıq, amma ...  - Valverde
"Çox vacib qələbə qazandıq. Çempionluğa yaxınlaşdıq, amma hələ onu qazanmamışıq. İşi bitirmək lazımdır".

Corner.az xəbər verir ki, bu sözləri "Barcelona"nın baş məşqçisi Ernesto Valverde İspaniya La Liqasının 31-ci turunda "Atletico"ya 2:0 hesabı ilə qalib gəldikləri ev oyunundan sonra keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis əvvəlcə qələbəni şərh edib:"Bizim üçün önəmli matç idi. Oyundan razı qaldım. Çünki "Atletico" 2-ci pillədə gedir və böyük komandadır. Azlıqda qalsalar da, sona qədər mübarizə apardılar".

Valverde 28-ci dəqiqədə "Atletico"nun hücumçusu Diego Costanın qırmızı vərəqə almasının öz oyunlarına da təsir etdiyini bildirib: "Qovulma oyunun ritminə təsir etdi. Meydandakı gərginliyə görə matç dayandı. Biz bunu gözləyə bilməzdik. İkinci hissədə isə daha yaxşı oynadıq. Rəqibin də təhlükəli epizodları oldu. Xüsusilə Oblakı vurğulamaq istərdim. O, möhtəşəm oyun keçirdi".





İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı