19 avqust 2026. Çərşənbə

Real Barselona'ya qalib gələrək finala yüksəldi


Real Barselona'ya qalib gələrək finala yüksəldi
 İspaniya Super Kubokuna start verilib. Corner.az xəbər verir ki, 4 komandanın iştirakı ilə keçirilən Super Kubokun ilk yarımfinal oyununda “Real” və “Barselona” qarşılaşıb.
 
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan “el-klasiko” məhsuldar alınıb. Dörd qolun qeydə alındığı əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda bir qol vuran “kral klubu” finala yüksəlib.
 
Madrid təmsilçisinin həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək “Atletiko” - “Atletik” duelinin qalibi olacaq. Final qarşlaşması yanvarın 16-da keçiriləcək.
 
İspaniya Super Kuboku
Yarımfinal
12 yanvar
 
Barselona - Real 2:3
Qollar: De Yonq, 41. Fati, 83 - Vinisius, 25. Benzema, 72. Valverde, 98.






İspaniya L.L.