19 avqust 2026. Çərşənbə

İspaniya Super Kuboku: Real'ın finaldakı rəqibi bilindi


İspaniya Super Kuboku: Real'ın finaldakı rəqibi bilindi
İspaniya Super Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib. Corner.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan görüşdə  “Atletiko Madrid” ilə Bilbao “Atletik”i üz-üzə gəlib.
 
Üç qolun qeydə alındığı matç “Atletik”in qələbəsi ilə başa çatıb. Bununla da, Bilbao təmsilçisi yarımfinalda “Barselona”ya 3:2 hesabı ilə qalib gələn “Real”a finalda rəqib olub. Həlledici qarşlaşma yanvarın 16-da keçiriləcək.
 
İspaniya Super Kuboku
Yarımfinal
12 yanvar
 
Barselona – Real 2:3
Qollar: De Yonq, 41. Fati, 83 – Vinisius, 25. Benzema, 72. Valverde, 98.
 
13 yanvar
 
Atletiko – Atletik 1:2
Qol: U.Simon, 62-öz qapısına – Y.Alvares, 77. N.Uilyams, 81.






İspaniya L.L.