23 mart 2026. Bazar ertəsi

İspaniya Kuboku: Betis - Sevilya matçı yarıda qaldı


İspaniya Kuboku: Betis - Sevilya matçı yarıda qaldı
İspaniya kubokunda 1/8 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
İlk oyunda – Xixon “Sportinq”i ilə “Kadis” arasındakı görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq  olan “Kadis” 1/4 finala yüksəlib.
 
“Rayo Valyekano” “Jirona”ya, “Malyorka” isə “Espanyol”a qalib gələrək növbəti mərhələ adlayıb.
 
“Betis” - “Sevilya” matçı isə yarıda dayandırılıb. İlk hissənin sonlarında “Betis” azarkeşləri meydana kənar əşyalar atmağa başlayıblar. Nəticədə qonaq komandanın yarımmüdafiəçisi Joan Jordan başından xəsarət alıb. Hakim dərhal futbolçuları meydandan çıxarıb və oyunu dayandırıb. Qarşılaşmanın taleyi ilə bağlı hansı qərarın qəbul olunacağı bilinmir.
 
İspaniya kuboku
1/8 final
15 yanvar
 
Sportinq (Xixon) – Kadis 0:0 (penaltilər 2:4)
 
Jirona – Rayo Valyekano 1:2
Qol: Bernardo, 26 – S.Qvardiola, 45+1; 48.
 
Malyorka – Espanyol 2:1
Qol: Kubo, 32. Prats, 60 – Puado, 62.
 
Betis – Sevilya 1:1 (matç yarıda dayandırılıb)
Qol: N.Fekir, 39 – P.Qomes, 35.
 






İspaniya L.L.

"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi
"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi