24 oktyabr 2024. Cümə axşamı

Sevilya kubokdan kənarlaşdırıldı


Sevilya kubokdan kənarlaşdırıldı
İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
 
Əvvəlcə “Valensiya” səfərdə aşağı liqa təmsilçisi “Atletiko Baleares”in qonağı olub. Minimal hesabla qələbə qazanan  "yarasalar" sürprizə imkan verməyib.
 
“Betis” isə “Sevilya”nı qəbul edib. Əslində bu matç bir gün öncə baş tutmuşdu. Lakin ilk hissənin sonlarında “Betis” azarkeşlərinin meydana atdığı kənar əşyalardan biri qonaq komandanın yarımmüdafiəçisi Joan Jordanın başından xəsarət alması ilə nəticələnib. Hakim dərhal futbolçuları meydandan çıxarıb və oyunu davam etdirmək istəməyib. Müzakirələrdən sonra oyun bu gün qaldığı (1:1) yerdən, lakin azarkeşlərin iştirakı olmadan davam etdirilib. Meydan sahibləri daha bir qol vuraraq “Sevilya”nı mübarizədən kənarlaşdırmağı bacarıblar.
 
İspaniya kuboku
1/8 final
15 yanvar
 
Sportinq (Xixon) – Kadis 0:0 (penaltilər 2:4)
 
Jirona – Rayo Valyekano 1:2
Qol: Bernardo, 26 – S.Qvardiola, 45+1; 48.
 
Malyorka – Espanyol 2:1
Qol: Kubo, 32. Prats, 60 – Puado, 62.
 
16 yanvar
 
Atletiko (Baleares) – Valensiya 0:1
Qol: M.Andre, 1.
 
Betis – Sevilya 2:1
Qol: N.Fekir, 39. Kanales, 73 – P.Qomes, 35.






İspaniya L.L.

Ayın futbolçusu adına namizədlər
  • İspaniya L.L.
  • 22:07 23.10.2024
Ayın futbolçusu adına namizədlər
Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi