3 avqust 2026. Bazar ertəsi

Marselo Real'ın tarixinə düşdü


Marselo Real'ın tarixinə düşdü
“Real” İspaniya superkubokunun finalında “Atletik”ə qalib gələrək, çempion olub. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Marselo “kral klubu”nda 23-cü titulunu qazanıb. 33 yaşlı futbolçu, bununla da “Real”la ən çox titul qazanan iki futbolçudan biri olub.
 
“Real”la ən çox kubok qazanan digər oyunçu isə keçmiş yarımmüdafiəçi Fransisko Gentodur.
 
Braziliyalı futbolçu 2007-ci ildən “Real”da çıxış edir. O, Madrid klubunda ən çox oyun keçirən legioner futbolçudur.
 
“Real” “Atletik”i Luka Modriç və Kərim Benzemanın qolları ilə 2:0 hesabıyla məğlub edib.






İspaniya L.L.

Reşford "Mançester Yunayted"ə qayıtdı
  • İspaniya L.L.
  • 23:19 30.07.2026
Reşford "Mançester Yunayted"ə qayıtdı