İspaniya La Liqasında 21-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
“Xetafe” doğma meydanda “Qranada”nı qəbul edib. Altı qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri inamlı qələbə qazanıb.
Bu tur keçirilməli olan “Barselona” – “Rayo Valyekano”, “Malyorka” – “Real Sosyedad”, “Atletiko” – “Levante” matçları təxirə salınıb. “Atletik” – “Real” matçı isə komandaların Super Kubok matçına görə daha əvvəl keçirilmişdi.
İspaniya La Liqası
21-ci tur
16 yanvar
Elçe – Vilyarreal 1:0
Qol: Boye, 78.
18 yanvar
Betis – Alaves 4:0
Qol: B.İqlesias, 11; 41. Kanales, 29. Xuanmi, 54.
Kadis – Espanyol 2:2
Qol: Neqredo, 55. Alexo, 90+1 – Morlanes, 10. De Tomas, 90+6.
19 yanvar
Selta – Osasuna 2:0
Qol: Mallo, 29. Mina, 38.
Valensiya – Sevilya 1:1
Qol: Qedeş, 44 – Diakabi, 7-öz qapısına.
20 yanvar
Xetafe – Qranada 4:2
Qol: S.Ramires, 10. E.Ünal, 47. Maksimoviç, 63. Mayoral, 87 – L.Suares, 13; 78.