3 avqust 2026. Bazar ertəsi

Barselona Fatini yenə itirdi


Barselona Fatini yenə itirdi
“Barselona” klubu ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Ansu Fati sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
20 yaşlı hücumçu İspaniya kubokunun 1/8 final mərhələsində “Atletik”lə görüşdə (2:3) sıradan çıxıb. Qarşılaşmanın 61-ci dəqiqəsində meydana daxil olan ispan futbolçu 35 dəqiqə sonra sol ayağından xəsarət alaraq əvəzlənib.
 
Fatinin durumu tibbi müayinədən sonra müəyyənləşəcək.
 
2020-ci ilin noyabrında dizindən zədə alan Ansu Fati ötən ilin sentyabrına qədər yaşıl meydanlardan uzaq qalmışdı.






İspaniya L.L.

Reşford "Mançester Yunayted"ə qayıtdı
  • İspaniya L.L.
  • 23:19 30.07.2026
Reşford "Mançester Yunayted"ə qayıtdı