- İspaniya L.L.
- 22:56 22.11.2024
İspaniyanın “Barselona” klubunda əsas komandadan kənarlaşdırılan vinger Osman Dembele açıqlama verib.
Corner.az xəbər verir ki, 24 yaşlı futbolçu komandadan uzaqlaşdırılması ilə bağlı “İnstaqram”da fikirlərini yazıb:
“Buraya gəldiyim gündən mənim haqqımda şayiələr hər zaman olub. Həmişə mənə zərər vermək istəyiblər. Heç vaxt böhtanlara cavab verməmişəm. Düzdür, susmaqla səhv etdim. Ancaq bu gün vicdanla hər şeyə cavab verirəm. Hər insan kimi mən də səhv edə bilərəm. Bir məşqə belə çıxmadan oynadığım vaxtlar olub. Oyna deyiblər, etiraz etməmişəm.
Klubla müqaviləm var və hələ buradayam. Hər zaman azarkeşlər, komanda üçün daha yaxşı oynamağa çalışmışam. Mənim haqqımda mənfi rəylər yaradan hər kəsi sərt şəkildə qınayıram.
Hazırda klubla danışıqlarım davam edir. Menecerim bu işlə məşğul olur. Mənim işim isə futbol oynamaqdır”.