- İspaniya L.L.
- 16:16 21.11.2024
Almaniya məhkəməsi "Barcelona" klubunun futbolçusu Ousmane Dembeleni 10 min avro məbləğində cərimələyib.
Corner.az "Bild"ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Almaniyanın "Borussia Dortmund" klubundan Kataloniya təmsilçisinə keçdikdən sonra icarədə qaldığı evi pis vəziyyətdə tərk edib.Evin sahibi əvvəlcə futbolçudan 21 min avro təzminat tələb edib. Mülk sahibinin sözlərinə görə, Dembelenin evdə qalmasından sonra tualetin unitazı qırılıb və otaqlarda xoşagəlməz qoxu yaranıb. O, bildirib ki, hər otaqda və həyətdə zibillər də olub.
Qeyd edək ki, Dembele 2017-ci ilin yay transfer dövründə "Borussia"dan "Barcelona"ya keçib.