İspaniya La Liqasında 22-ci turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Real Sosyedad” - “Xetafe” matçında qapılara qol vurulmayıb. “Rayo Valyekano” evdə “Atletik”i, “Qranada” isə “Osasuna”nı qəbul edib. Hər iki oyunda qonaqlar qələbə qazanıb.
“Real” doğma meydanda “Elçe”ni qəbul edib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.
“Barselona” isə səfərdə “Alaves”in qonağı olub. Kataloniya təmsilçisi bu oyunda minimal hesabla qələbə qazanıb.
İspaniya La Liqası
22-ci tur
21 yanvar
Espanyol – Betis 1:4
Qol: De Tomas, 14 – B.İqlesias, 31; 53. J.Rodriqes, 36. V.Xose, 76.
22 yanvar
Levante – Kadis 0:2
Qol: Neqredo, 34. S.Sançes, 73.
Vilyarreal – Malyorka 3:0
Qol: Russo, 12-öz qapısına. Triqeros, 34. Parexo, 87.
Sevilya – Selta 2:2
Qol: P.Qomes, 71. Torres, 74 – Çervi, 37. Aspas, 40.
Atletiko – Valensiya 3:2
Qol: Kunya, 64. Korrea, 90+1. Hermoso, 90+3 – Musah, 25. Duro, 44.
23 yanvar
Qranada – Osasuna 0:2
Qol: D.Qarsiya, 64. K.Qarsiya, 89.
Real – Elçe 2:2
Qol: Modriç, 82-pen. Militao, 90+2 – Boye, 42. Milla, 76.
Rayo Valyekano – Atletik 0:1
Qol: Serrano, 30.
Real Sosyedad – Xetafe 0:0
Alaves – Barselona 0:1
Qol: De Yonq, 87.